Aysel Vəlizadə
Bildiyiniz kimi, hamımız yuxuda çox dəqiq və həqiqətə oxşar görüntülər görür, cürbəcür qoxular duyur, bəzən musiqi dinləyir, bəzən avtomobil idarə edir, ləziz yeməklər yeyib dadlarını hiss edir, həyəcanlanır, qorxur, sevinirik.
Bildiyiniz kimi, hamımız yuxuda çox dəqiq və həqiqətə oxşar görüntülər görür, cürbəcür qoxular duyur, bəzən musiqi dinləyir, bəzən avtomobil idarə edir, ləziz yeməklər yeyib dadlarını hiss edir, həyəcanlanır, qorxur, sevinirik.
Üstəlik, hər birimiz yuxu əsnasında yaşadıqlarımızın həqiqət olduğundan da əmin oluruq. Ancaq həqiqətdə nə yeyib daddığımız kabab, nə sevdiyimiz pişik, nə də sürdüyümüz avtomobil var. Yuxu görən adam o an hərəkətsiz və gözü bağlı şəkildə yatağında uzanır. Üstəlik, gerçək həyatından çox da fərqlənməyən şeyləri beynində yaşayır. ( Bu haqda bir çox flimlər də çəkilmişdir: Matrix, Vanilla sky. )
Yaxşı, bəs onda yuxunu həqiqətdən nə ayırır? Çünki hər ikisi də zehində yaşanır və son dərəcə bənzərdirlər. Yeganə fərq odur ki, yuxularda alışdığımız səbəb nəticə əlaqələri olmur və biz yuxularımızda gördüklərimizə görə məsuliyyət daşımırıq.
Bura qədər izah edilənlərdən əldə etdiyimiz nəticə budur: insanın dünya həyatı olaraq bildiyi, gördüyü, eşitdiyi, toxunduğu hər şey, əslində, beynində meydana gəlir. İnsan həyatının heç bir anında beyninin xaricinə çıxması qətiyyən mümkün deyil.
Bəs yaxşı, beyinin özü bu qədər qüsursuz, mükəmməl hissləri meydana gətirə bilərmi? Meydana gətirdiyi görüntünü qavraya bilərmi? Məsələn, beyində yaranan gözəl bir mənzərə qarşısında yenə beyində zövq alma duyğusu meydana gələ bilərmi? Bütün bunları beyinin etdiyini demək çox çətindir. Çünki beyinin özü araşdırıldığında, qarşımıza digər canlı orqanlarda olan zülal və yağ molekulları çıxır. Bu molekullar isə atomlardan ibarətdir. Bütün bu görüntüləri atomların gördüyünü, bütün o hissləri onların qavradığını düşünmək isə mümkün deyil. Bu halda, görən, eşidən, musiqidən zövq alan, darıxan, sədaqət və vəfanın nə olduğunu bilən, bir körpə gördüyündə şəfqət hissi keçirən, xatirələri olan, kədərlənən, çiyələyin dadından zövq alan, dostunu gördüyündə sevinən kimdir? Bütün bunların beyinə aid olduğunu söyləmək qeyri-mümkündür.
O halda, görən, duyan, eşidən və hiss edən beyin deyil. Bu, hamısından üstün bir varlıq olan ruhdur. Bizim içində yaşadığımız kainat, dünya, həyatımız boyunca başımıza gələn hadisələrin hamısı ruhumuza göstərilən xəyallardan ibarətdir. Yaxşı, kim bizim ruhumuza dünyanı, insanları, bitkiləri, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq göstərir?
Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni duyulan bütün hissləri yaradan və davamlı şəkildə yaratmağa davam edən üstün yaradıcı vardır. Bu yaradıcı belə görkəmli yaradılışlara görə sonsuz güc və qüdrət sahibidir. Yaratdığı bütün hiss və duyğular onun iradəsinə bağlıdır və o, bütün yaratdıqlarına hər an hakimdir. O üstün yaradıcı göylərin və yerin Rəbbi olan Allah`dır. Hisslərdən ibarət olan bu kainatın hər yerində gerçək varlıq olaraq yalnız Allah`ın zatı vardır. Bu səbəbdən, insana ən yaxın olan varlıq da Allah`dır. Bu həqiqət Quranda “And olsun, insanı Biz yaratdıq və Biz ona şah damarından daha yaxınıq” (Qaf surəsi, 16) ayəsi ilə açıqlanır.
Harada olduğumuzdan asılı olmayaraq, Allah daim bizimlə birlikdədir. Siz bu yazını oxuyarkən sizə ən yaxın olan Allah`dır, gördüyünüz hər şeyi anbaan yaradan da Allah`dır.
Yuxudayıq, yoxsa real dünyada?
Hiç yorum yok:
Yorum Gönder